• şənbə, 27 Aprel, 08:17
  • Baku Bakı 12°C

Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

19.10.20 12:10 559
Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər
Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.
Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib:"Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər”.
Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: "Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər”.
banner

Oxşar Xəbərlər