AZE | RUS | ENG |

Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının Varşavada təqdimatı olub

Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının Varşavada təqdimatı olub
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının Polşanın Varşava Universitetində təqdimatı keçirilib.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, elmi redaktorları isə tarixçi alimlər Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.
Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir polyak gənclərinə müraciət edərək bildirib ki, bu kitablar Azərbaycan həqiqətlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən ətraflı danışıb.
Kitablar Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə çap olunub.
Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və AİDA-ya təşəkkür edib. O, Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: "Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb. Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir”.
Akademik bildirib ki, böyük imperiyalar XX əsrdə Azərbaycan və Polşa xalqlarını məhv etmək siyasəti yeridiblər.
Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056