AZE | RUS | ENG |

Yaqub Mahmudov: İstedadlı gənclər AMEA-nı tərk edirlər

Yaqub Mahmudov: İstedadlı gənclər AMEA-nı tərk edirlər
Dissertasiyalarını müdafiə etdikdən sonra...

Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil. Olduqca maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, elmin inkişafına diqqət artırılmalıdır, çünki elmsiz inkişafın gələcəyi yoxdur: "Məni kadr hazırlığı, xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir. İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün "Gənc alimlər evi”nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin – elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir".

Y.Mahmudov qeyd edib ki, xalqımızın tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan AMEA Tarix İnstitutunun cəmi 10-12 otağı var: "Tarix İnstitutunun maddi-texniki bazasını bir sıra qonşu ölkələrin elmi qurumlarındakı vəziyyət ilə müqayisə etməkdə çətinlik çəkirəm. Ölkə başçısının tapşırığı ilə tariximiz saxtalaşdırmalar və təhriflərdən təmizlənir. Tarixçilərimiz müstəqillik dövrünün yeni tarixini yaratmışlar. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb. Bütün bu işləri tarixçilərimiz özlərinə şərəf bilərək çətin maddi-texniki baza əsasında həyata keçirmişlər. Biz istərdik ki, qonşu ölkələrdəki kimi, Azərbaycan tarixçilərinin də normal iş şəraiti olsun. Tariximizə dair kitabların nəşr olunması üçün büdcədə lazımınca vəsait nəzərdə tutulsun”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163