• cümə axşamı, 25 aprel, 18:13
  • Baku Bakı 21°C

Yaqub Eyyubov Rusiya səfirliyində açılmış xatirə kitabına Azərbaycan hökuməti adından ürək sözlərini yazıb

21.12.16 14:10 1269
Yaqub Eyyubov Rusiya səfirliyində açılmış xatirə kitabına Azərbaycan hökuməti adından ürək sözlərini yazıb
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
APA-nın məlumatına görə, artıq səhər saatlarında Almaniya, Kuba, Hindistan və digər ölkələrin səfirləri və diplomatik korpus nümayəndələri, deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıblar və səfir Vladimir Daroxinə başsağlığı diləklərini çatdırıblar.
Azərbaycan hökuməti adından baş nazirin birinci müaviniYaqub Eyyubovsəfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb. O, Rusiya səfirinə Andrey Karlovun ölümü ilə bağlı başsağlığı verib, Azərbaycan və Rusiyanın hər zaman birlikdə olduğunu və olacağını deyib.
Qeyd edək ki, kitab bu gün saat 10.00-dan 13.00-dək və sabah saat 10.00-dan 13.00-dək açıq olacaq.
Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
banner

Oxşar Xəbərlər