• çərşənbə axşamı, 16 aprel, 16:09
  • Baku Bakı 19°C

Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür

06.08.17 12:24 1332
Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür
Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şəhərin "Sülh Parkında” toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.
Tədbirdə Yaponiyanın baş naziriSindzo Abe, Xirosimanın meri Kadzumi Matsui və digər rəsmi şəxslər, ABŞ da daxil olmaqla 80-dən çox ölkənin diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
S.Abe çıxışında Yaponiyanın nüvə bombalanmasını yaşamış yeganə ölkə olduğunu bildirib. Baş nazir, Yaponiya hökumətinin dünyada nüvə silahın ləğv edilməsinə nail olmaq üçün zəruri addımlar atmaqda davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, 1945-ci ilin avqustun 6-da ABŞ-ın "B-29” döyüş təyyarəsi Xirosima şəhərinin üzərinə 18 kiloton gücündə atom bombası atıb. Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb. Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin ölüb.
banner

Oxşar Xəbərlər