• cümə axşamı, 25 aprel, 19:50
  • Baku Bakı 21°C

Yaponiyanin Kansay aeroportunda robotlar sərgisi keçirilir

21.03.18 11:27 337
Yaponiyanin Kansay aeroportunda robotlar sərgisi keçirilir
Yaponiyanın qərbindəki Osaka prefekturasındakı Kansay aeroportunda növbəti nəsil robotların sərgisi keçirilir.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, dörd gün davam edəcək sərgi martın 20-də açılıb. Sərgidə aeroportun əməkdaşlarına buradakı işlərdə yardım edən 13 növ robot təqdim edilir.
Həmin aeroport son vaxtlar qonaqların, xüsusən xaricdən gələn turistlərin sayının artması ilə əlaqədar artan işlərdə robotlardan istifadə etməyə çalışır.
Sərgidə təqdim edilən android-robotlardan biri turistləri üç dildə - yapon, ingilis və Çin dillərində salamlayaraq onların uçuş və aeroportla bağlı suallarını ətraflı cavablandırır.
Sərgi ilə tanış olanlar bu robotların yüksək texniki standartlara cavab verdiklərini bildiriblər.
banner

Oxşar Xəbərlər