• şənbə, 20 Aprel, 07:13
  • Baku Bakı 14°C

Yaponiyada yerli seçkilərlə bağlı kampaniyaya start verilib

21.03.19 17:00 457
Yaponiyada yerli seçkilərlə bağlı kampaniyaya start verilib
Yaponiyada prefekturaların qubernatorları seçilmək üçün namizədlərin seçki kampaniyalarına start verilib. Bu, dörd ildən bir keçirilən yerli seçkilərin bir hissəsidir. Prefekturaların və bələdiyyələrin seçkilərinə qatılacaq siyasi partiyalar üçün bu, cari ilin sonlarında keçiriləcək ümummilli seçkilərə əsas hazırlıq hesab olunur.
AZƏRTAC xəbər verir ki, martın 21-də on bir prefekturada qubernatorların seçkiöncəsi yarışına start verilib. Namizədlərin öz seçki platformalarını əhalinin azalması şəraitində yerli iqtisadiyyatı necə canlandırmaq istiqamətində quracağı gözlənilir.
Mübarizənin ən gərgin olacağı prefekturalar içərisində Hokkaydonun daha çox diqqət çəkdiyi bildirilir. Belə ki, buradakı müxalif partiyalar vahid namizəd ətrafında birləşərək Baş nazir Şinzo Abenin hakim koalisiyasını məğlub etmək niyyətindədirlər.
Belə yerlərdən biri kimi Osaka da xüsusi qeyd edilir. Buradakı namizədlərdən biri "Osaka meqapolisi”nin yaradılmasını təklif edir. Həmin təklifə görə, Osaka şəhərinin indiki idarəetmə sisteminin buraxılması və Tokio kimi xüsusi palataların yaradılması nəzərdə tutulur.
Aprelin 7-də keçiriləcək seçkilər zamanı isə seçicilər prefektura və bələdiyyə parlamentlərini seçəcəklər. Həmin seçkilərlə bağlı kampaniyanın bu ayın sonlarında başlayacağı bildirilir.
banner

Oxşar Xəbərlər