AZE | RUS | ENG |

Yaponiyada yerli seçkilərin ikinci turu keçirilir

Yaponiyada yerli seçkilərin ikinci turu keçirilir
Aprelin 21-də Yaponiyada yerli seçkilərin ikinci turu keçirilir.
AZƏRTAC xəbər verir ki, seçicilər şəhər merləri və bələdiyyə üzvləri ilə yanaşı, parlamentin aşağı palatasına əlavə seçkilərə də qatılırlar. Bu seçkilərin yayda parlamentin yuxarı palatasına keçiriləcək seçkilər üçün əsas məşq olduğu bildirilir.
Bazar günü səhər saat 7:00-da artıq bütün seçki məntəqələri qapılarını seçicilərin üzünə açıblar. Seçicilər ümumilikdə 721 şəhər merinin və bələdiyyə yığıncaqları üzvlərini seçməlidirlər.
Yerli seçkilərin gündəliyində olan əsas məsələlər əhalinin sayının azalmasının qarşısının alınması, uşaqların tərbiyəsinə dəstək və yaşlı insanların təminatı məsələləridir.
Okinavadakı 3 nömrəli seçki dairəsində seçicilər qubernator seçilmiş Denni Tamakini aşağı palatada əvəz edəcək şəxsi müəyyənləşdirməlidirlər. Bu seçki dairəsinə ABŞ dəniz piyadaları korpusu üçün yeni bazanın inşa edildiyi Naqo şəhərinin Henoko rayonu da daxildir. Bu yerdəyişmə hakim və müxalif partiyaları qarşı-qarşıya qoyan əsas mövzudur.
Bundan əlavə, Osakadakı 12 nömrəli dairədə hakim Liberal Demokratik Partiyanın vəfat etmiş üzvünün yerinə əlavə seçkilər keçirilir. Burada dörd namizəd həmin post uğrunda qızğın mübarizə aparır.
Bu iki əlavə seçkinin nəticələri Baş nazir Şinzo Abenin öz hökumətinə münasibətinə və hər bir partiyanın parlamentin yuxarı palatasına seçkilərlə bağlı strategiyasına təsir edə bilər.
Səslərin hesablanmasına bu gün axşam saat 8:00-da - seçki məntəqələri bağlanandan dərhal sonra başlanacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779