• çərşənbə, 24 Aprel, 19:49
  • Baku Bakı 23°C

Yaponiyada seçki sisteminin islahatları ilə bağlı qanun qəbul edilib

19.07.18 12:00 471
Yaponiyada seçki sisteminin islahatları ilə bağlı qanun qəbul edilib
Yaponiya parlamenti aşağı palata tərəfindən müvafiq qanun layihəsi təsdiq edildikdən sonra seçki sisteminin islahatları ilə bağlı qanun qəbul edib.
AZƏRTACxəbər verir ki, hakim partiya tərəfindən təqdim edilən qanun səslərin ümumi çəkisində fərqi azaltmaq üçün yuxarı palataya altı yerin əlavə edilməsini nəzərdə tutur. Bu, 1970-ci ildən bəri palataya əlavə yerlərin verilməsi barədə ilk cəhddir.
Qanun layihəsi hakim koalisiyaya daxil olan iki partiyanın parlamentarilərinin səs çoxluğu ilə qəbul edilib.
Qanuna əsasən, palataya ilk üç yer gələn ilin yayında keçiriləcək seçkilər zamanı əlavə ediləcək. Digər üç yerin isə dörd il sonra əlavə olunması nəzərdə tutulur. Beləliklə yuxarı palatada deputatların sayı 242 nəfərdən 248-ə çatacaq. Bu yerlərdən 148-i seçki dairələri, 100-ü isə proporsional nümayəndələr tərəfindən tutulacaq.
banner

Oxşar Xəbərlər