• çərşənbə axşamı, 16 aprel, 17:36
  • Baku Bakı 19°C

Yaponiyada sakuranın çiçəkləyəcəyi vaxt açıqlanıb

18.01.19 10:30 304
Yaponiyada sakuranın çiçəkləyəcəyi vaxt açıqlanıb
Yaponiya Meteoroloji Xidməti bu il sakuranın çiçəkləməsinə dair ilk proqnozunu açıqlayıb.
AZƏRTACRİA Novosti agentliyinə istinadla xəbər verir ki, Yosino albalısı mart ayının ikinci yarısında – ayın 18-də Kotidə, 25-də Yosinoda, 29-da Fukuoka və Tokioda, aprelin 1-də Naqoya və Hiroşimada çiçək açacaq. Ekspertlərin fikrincə, 2018-ci ilin oktyabrında temperaturun yüksəlməsi ölkənin bəzi yerlərində albalının erkən çiçəkləyəcəyinə səbəb olub.
Vakayama, Osaka, Kioto və Kaqosima şəhərlərində sakura apreldə çiçəkləyəcək. Şimal prefekturalarında, o cümlədən Miyaqi, Aomori və Hokkaydoda sakura aprelin ortasında və mayın əvvəlində çiçək açacaq.
Yaponiyaya fevral ayında səfər edəcək turistlərə Kavadzu şəhərinə getmək məsləhət görülür. Orada sakura digərə prefekturalardan bir ay tez çiçəkləyəcək.
banner

Oxşar Xəbərlər