• cümə, 29 Mart, 10:10
  • Baku Bakı 5°C

Yaponiyada ondan çox sahə üzrə əcnəbi işçilərə ehtiyac duyulur

30.09.18 10:15 440
Yaponiyada ondan çox sahə üzrə əcnəbi işçilərə ehtiyac duyulur
Yaponiya hökuməti ölkə sənayesinin müxtəlif sahələrində çalışmaq üçün daha çox əcnəbiyə ölkədə qalmağa icazə verməyə hazırlaşır.
AZƏRTACxəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa araşdırmalar zamanı ölkə sənyesinin 10-dan artıq sahəsinin əcnəbi işçilər cəlb edilməyəcəyi təqdirdə çətinliklərlə qarşılaşacağının meydana çıxdığını bildirib.
Y.Suqa qeyd edib ki, hökumət cari ilin sonlarında parlamentin fövqəladə sessiyasına ölkənin immiqrasiya siyasətinin yenilənməsi ilə bağlı qanun layihəsi təqdim etməyə hazırlaşır.
Hökumət gələn ilin aprelindən başlayaraq, xüsusi bacarıqlara malik əcnəbi işçilərin ölkədə beş ilədək qalmasına icazə verən yeni sakin statusunun tətbiq olunmasını planlaşıdırır.
banner

Oxşar Xəbərlər