• cümə axşamı, 25 aprel, 12:09
  • Baku Bakı 23°C

Yaponiyada oktyabrın ortalarında sakura ağacları çiçəkləyib

18.10.18 14:18 406
Yaponiyada oktyabrın ortalarında sakura ağacları çiçəkləyib
Yaponiyada cövlan edən tufanlar son bir neçə həftə ərzində ölkənin bütün ərazisində sakura ağaclarının çiçəkləməsinə səbəb olub.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, oktyabrın 14-dək meteoroloji şirkət Yaponiyanın qərbində yerləşən Kyüşü adasından başlamış Hokkaydo adasınadək çox geniş ərazidə sakuraların çiçəkləməsi barədə 354 məlumat alıb.
Ağaclar üzrə mütəxəssis Hiroyuki Vada bildirib ki, sakuranın ən geniş yayılmış növü olan "Someiyoşino” yayda çiçək tumurcuqları çıxarır. Adətən bu tumurcuqlar ağacların yarpaqları tərəfindən istehsal edilən hormonlar nəticəsində çox gec çiçək açır.
Bu il güclü külək ağacların yarpaqlarını sovurduğuna görə, tumurcuqların çiçəkləməsi asanlıqla baş verib.
banner

Oxşar Xəbərlər