• cümə axşamı, 25 aprel, 00:22
  • Baku Bakı 19°C

Yaponiyada G20 ölkələri Əmək nazirlərinin görüşü keçirilir

02.09.19 11:15 1305
Yaponiyada G20 ölkələri Əmək nazirlərinin görüşü keçirilir
Sentyabrın 1-də Yaponiyanın Matsuyama şəhərində G20 ölkələri Əmək nazirlərinin görüşü başlayıb.
AZƏRTACxəbər verir ki, iki gün davam edəcək görüşün əsas mövzusu cəmiyyətin strukturunda baş verən dəyişikliklər fonunda həm gənc, həm də yaşlı nəslin işədüzəlməsi məsələsidir.
Bununla yanaşı, görüşdə işədüzəltmə sahəsində gender bərabərsizliyinin aradan qaldırılması məsələsi də əsas mövzulardandır. İştirakçılar, həmçinin demoqrafik dəyişikliklər, iş yeri barədə informasiya azadlığı və digər sahəvi mövzuları da müzakirə edirlər.
İki gün davam edəcək müzakirələrdən sonra iştirakçılar tərəfindən birgə yekun bəyannamənin imzalanacağı gözlənilir.
Təşkilatçıların bildirdiyinə görə, tədbirdə G20-yə üzv ölkələrdən gəlmiş 250-dək nümayəndə iştirak edir.
banner

Oxşar Xəbərlər