• cümə axşamı, 25 aprel, 20:35
  • Baku Bakı 21°C

Yaponiyada dəhşətli zəlzələ faciəyə səbəb oldu: 13 ölü, 800 yaralı

16.04.16 10:16 979
Yaponiyada dəhşətli zəlzələ faciəyə səbəb oldu: 13 ölü, 800 yaralı
Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

TASS agentliyinin verdiyi xəbərə görə, 800-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.
Kumamoto prefekturasında yeraltı təkanlar torpaq sürüşməsinə səbəb olub, 11 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hadisə yerində xilasedici işlər davam etdirilir.
Təbii fəlakət nəticəsində 200 minədək ev elektrik enerjisiz qalıb, 100 min evin qaz təchizatı dayandırılıb.
Aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.
(APA)
banner

Oxşar Xəbərlər