• cümə axşamı, 28 mart, 15:01
  • Baku Bakı 16°C

Yaponiyada benzinin qiyməti son iki il üç ayın ən yüksək həddinə çatıb

09.11.17 10:15 858
Yaponiyada benzinin qiyməti son iki il üç ayın ən yüksək həddinə çatıb
Yaponiyada yanacaq satışı məntəqələrində benzinin qiyməti bu həftə son iki il üç ayın ən yüksək həddinə çatıb.
AZƏRTACYaponiya Neft Xəbərləri Mərkəzinə istinadla xəbər verir ki, cari həftənin əvvəlində bir litr benzinin pərakəndə satışı qiyməti 136,5 yen (təqribən 1 dollar 20 sent) təşkil edib ki, bu da ötən həftənin göstəricisi ilə müqayisədə 0,7 yen çoxdur. Artıq 8 həftədir ki, bu ölkədə benzinin qiyməti artmaqda davam edir.
Qiymətin artımına səbəb kimi Neft İxracatçısı Ölkələri Təşkilatı üzvlərinin hasilatı azaltmaq məqsədilə birgə fəaliyyəti göstərilir.
Yaponiya Neft Haqqında İnformasiya Mərkəzinin ekspertlərinin bildirdiyinə görə, bu həftə də benzinin qiyməti artmaqdadır və həmin tendensiya hələ bir müddət davam edə bilər.
banner

Oxşar Xəbərlər