AZE | RUS | ENG |

Yaponiya yaxın vaxtlarda İrandan neft idxalını bərpa edəcək

Yaponiya yaxın vaxtlarda İrandan neft idxalını bərpa edəcək
İran müharibə etmək istəmir. Lakin ABŞ İrana qarşı hərbi əməliyyat aparmaq qərarına gəlsə İran tutarlı cavab verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Prezident bildirib ki, Yaponiya Baş Nazirinin İrana səfəri hər iki ölkə üçün əhəmiyyətlidir. Yaponiya yaxın vaxtlarda İrandan neft idxalını bərpa edəcək.
Yaponiyanın Baş Naziri isə bəyan edib ki, hər iki dövlət nüvə silahının əleyhinədir. Yaponiya bu regionda sabitliyin davamlı xarakter daşımasında maraqlıdır.
Beynəlxalq mətbuat iddia edir ki, Yaponiyanın Baş Naziri Tehran ilə Vaşinqton arasında dialoqun başlaması üçün diplomatık səylər göstərməyə çalışır. İran mətbuatı isə qeyd edir ki, Baş Nazirin İrana səfəri zamanı daha çox ikitərəfli əlaqələr müzakirə edilib.
Həm yerli həm də beynəlxalq mətbuatdakı materialların təhlili onu deməyə əsas verir ki, Yaponiya Baş Nazirinin 41 il aradan sonra İrana səfəri təkcə Vaşinqton Tehran münasibətlərinə sabitlik gətirməkdən ibarət deyil. İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən Yaponiya neft ixracını dayandırıb. Bu isə iqtisadiyyata ağır zərbə vurur. Bu baxımdan Sindzo Abe Tehranda bütün məsələlər haqqında müzakirə aparacaq. Lakin onun başlıca məqsədi ölkəsi üçün İrandan neft ixracını bərpa etmək olacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299