AZE | RUS | ENG |

Yaponiya və Rusiya birgə qaz hasilatını müzakirə ediblər

Yaponiya və Rusiya birgə qaz hasilatını müzakirə ediblər
Yaponiya və Rusiyanın ikitərəfli iqtisadi əməkdaşlığa məsul nazirləri Arktikanın Rusiyaya aid hissəsində böyük qaz hasilatı layihəsinə yapon şirkətlərinin də cəlb edilməsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Rusiya ilə iqtisadi əməkdaşlıq naziri Hiroşiqe Seko iyunun 10-da Tokioda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Müzakirələrin əsas məqsədinin iyunun sonunda Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Baş Nazir Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkili olduğu bildirilir.
H.Seko rusiyalı nazirə deyib ki, Yaponiya şirkətləri ümumi dəyəri təqribən 28 milyard dollar olan təbii qazın hasilatı layihəsinin səhmlərinin 10 faizini əldə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, nəhəng "Mitsui” şirkəti də daxil olmaqla yapon şirkətləri layihəyə qatılmaq üçün hazırlığın son mərhələsindədir.
M.Oreşkin Yaponiya şirkətlərinin bu layihəyə qoşulacağına ümidvar olduğunu bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294