• cümə axşamı, 28 mart, 14:47
  • Baku Bakı 16°C

Yaponiya və BAEA arasında Şimali Koreyada yoxlamalar barədə razılıq əldə olunub

10.04.18 16:40 756
Yaponiya və BAEA arasında Şimali Koreyada yoxlamalar barədə razılıq əldə olunub
Yaponiyanın Baş naziri və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri arasında əldə edilən razılaşmaya əsasən, Şimali Koreyanın nüvə silahının ləğvi üçün bu təşkilat tərəfindən yoxlamalar zəruridir.
Yaponiya Xarici İşlər NazirliyindənAZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Şinzo Abe aprelin 10-da Tokioda BAEA-nın rəhbəri Yukiya Amano ilə görüşüb. Koreyalararası danışıqlar və Şimali Koreya ilə ABŞ liderlərinin görüşü ərəfəsində keçirilən görüşdə Ş.Abe bildirib ki, Şimali Koreyanın nüvə silahının ləğvi ilə bağlı yoxlamalar keçmişin səhvlərini təkrar etməmək şərti ilə aparılmalıdır. Bu məqsədlə Yaponiya ilə BAEA arasında daha sıx əməkdaşlıq zəruridir.
Y.Amano öz növbəsində bildirib ki, Şimali Koreyada nüvə silahının ləğvi yalnız beynəlxalq müfəttişlərin nəzarəti altında reallaşa bilər.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran BAEA-nın rəhbəri qeyd edib ki, Şimali Koreyanın verdiyi bəyanatlara baxmayaraq, onun nüvə silahının ləğvi istiqamətində atdığı addımlar yoxlanılacaq.
Y.Amano əlavə edib ki, onun qənaətinə görə, bu yoxlamaların yolları müxtəlif ölkələrlə, xüsusən də ABŞ-ın ətrafında birləşən dövlətlərlə müzakirə ediləcək.

banner

Oxşar Xəbərlər