• cümə axşamı, 28 mart, 18:52
  • Baku Bakı 13°C

Yaponiya və ABŞ Şimali Koreya məsələsində əməkdaşlığı davam etdirəcəklər

16.09.18 12:30 336
Yaponiya və ABŞ Şimali Koreya məsələsində əməkdaşlığı davam etdirəcəklər
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen yapon həmkarı Kenci Kanasuqi ilə Şimali Koreyaya qarşı BMT sanksiyalarının həyata keçirilməsi üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, S.Biqen Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya üzrə departamentinin rəhbəri ilə sentyabrın 15-də Tokioda bir araya gəlib.
Diplomatlar BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə silahının ləğvi məqsədilə sanksiyalarının üzv ölkələr tərəfindən tətbiqinin zəruriliyi barədə razılığa gəliblər. Tərəflər Yaponiya və ABŞ-ın Cənubi Koreya və digər ölkələrlə birlikdə Şimali Koreya gəmilərinə enerji ehtiyatlarının qeyri-qanuni yolla yüklənməsinin qarşısını almaq barədə də razılıq əldə ediblər.
S.Biqen və K.Kanasuqi, həmçinin sentyabrın 18-də başlanacaq koreyalararası sammitə hazırlıqla bağlı ölkələrinin Şimali Koreya məsələsi, o cümlədən oğurlanmış vətəndaşlar ilə əlaqədar cavab tədbirlərini əlaqələndirmək niyyətində olduqlarını da təsdiq ediblər.
S.Biqen cari həftə ərzində Asiyada rəsmi səfərdədir. Səfər zamanı o, Cənubi Koreya, Çin və Yaponiyanı ziyarət edib. Sentyabrın 14-də o, Yaponiyanın xarici işlər naziri Taro Kono ilə görüşüb.
banner

Oxşar Xəbərlər