• çərşənbə, 24 Aprel, 12:21
  • Baku Bakı 27°C

Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər

26.06.19 16:15 624
Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər
Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp G20 ölkələrinin liderlərinin Osakada keçiriləcək sammiti çərçivəsində Yaxın Şərqdə vəziyyət və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı mövzuları müzakirə etməyi planlaşdırırlar.
AZƏRTACxəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verib.
"Osaka sammiti çərçivəsində keçiriləcək görüş zamanı tərəflər ABŞ-Yaponiya ittifaqının sarsılmazlığını bir daha təsdiq edəcək, həmçinin KXDR və Yaxın Şərqdə vəziyyətlə bağlı məsələlər ətrafında müzakirələr aparacaqlar”, - deyə mənbə bildirib.
Xatırladaq ki, bu, Ş.Abe ilə D.Trampın son bir neçə ayda sayca üçüncü görüşü olacaq. Belə ki, Baş nazir apreldə ABŞ-a gedib, Prezident D.Tramp isə mayda Tokioya cavab səfərinə gəlib.
G20 sammiti tarixdə sayca 14-cü və Yaponiyada təşkil edilən ilk tədbir olacaq. Forum iyunun 28-29-da Osaka körfəzindəki Sakişima adasında yerləşən "INTEX Osaka” beynəlxalq sərgi salonunda təşkil ediləcək. Sammitin təqribən 7 min jurnalist tərəfindən işıqlandırılacağı bildirilir.
banner

Oxşar Xəbərlər