• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Yaponiya və ABŞ-ın müdafiə nazirləri və XİN rəhbərləri arasında görüş keçiriləcək

16.04.19 10:45 377
Yaponiya və ABŞ-ın müdafiə nazirləri və XİN rəhbərləri arasında görüş keçiriləcək
Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takesi İvaya bu həftə Vaşinqtona səfər edəcəklər.
Trend-in Yaponiya XİN-ə istinadən verdiyi məlumata görə, aprelin 19-u T.Kono və T.İvaya ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ilə görüşəcəklər.
Takesi İvaya Tokioda mətbuat konfransında bildirib ki, Yaponiya ABŞ-ın müdafiə siyasətini dəstəkləyir və əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar keçirəcəyinə ümid edir.
Görüşlərin yekunları üzrə mətbuat konfransı və birgə sənədlərin imzalanması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər