• çərşənbə axşamı, 16 aprel, 10:49
  • Baku Bakı 14°C

Yaponiya sıxılmış təbii qaz infrastrukturuna 10 milyard dollar investisiya ayırmaq niyyətindədir

19.10.17 09:35 1562
Yaponiya sıxılmış təbii qaz infrastrukturuna 10 milyard dollar investisiya ayırmaq niyyətindədir
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko bildirib ki, hökumət və fərdi sektor birlikdə Asiyada sıxılmış təbii qaz infrastrukturunun inkişafına 10 milyard dollar investisiya ayırmaq niyyətindədir. Həmin regionda iqtisadi inkişafın 2030-cu ildə təbii qaza olan ehtiyacı təqribən 2,5 dəfə artıracağı gözlənilir.
AZƏRTACxəbər verir ki, H.Seko bu bəyanatla sıxılmış təbii qaz istehsalçılarının və istehlakçılarının oktyabrın 18-də Tokioda keçirilən beynəlxalq konfransı zamanı çıxış edib. O bildirib ki, Yaponiya qarşıdan gələn 5 ildə Asiyanın sıxılmış təbii qaz infrastrukturu üçün 500 mühəndisin və digər mütəxəssislərin hazırlanmasına yardım edəcək. Yaponiya sıxılmış təbii qazın daha ucuz satıldığı beynəlxalq bazarın formalaşması üçün fəaliyyətini davam etdirəcək.
Asiya regionuna maliyyə vəsaiti yönəldən Yaponiya təbii qaz bazarının fəal oyunçusuna çevrilmək niyyətindədir.
banner

Oxşar Xəbərlər