• cümə, 19 Aprel, 05:05
  • Baku Bakı 18°C

Yaponiya şirkətləri yeni koronavirusa qarşı ECMO aparatının istehsalını artırırlar

31.03.20 11:00 906
Yaponiya şirkətləri yeni koronavirusa qarşı ECMO aparatının istehsalını artırırlar
Yaponiya şirkətləri insanın nəfəs yollarının və ürəyinin fəaliyyətini dəstəkləyən Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatının istehsalını artırırlar.
AZƏRTACYaponiya KİV-lərinə istinadla xəbər verir ki, məqsəd pandemiyanın qarşıda gözlənilən yayılması ilə bağlı hazırlıq işlərini sürətləndirməkdir. Bildirilir ki, həmin aparatları istehsal edən şirkətlər arasında "Terumo” şirkəti xüsusi yer tutur. Bu şirkət bir neçə həftə bundan əvvəl, Yaponiyanın mərkəzi hissəsində yerləşən iki zavodunda həmin aparatın istehsalını artırmağa başlayıb.
ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur. "Terumo” şirkətindən bildirildiyinə görə, avadanlığın detallarının toplanmasına yanvarda, Çində virus yayılarkən başlanıb.
Yaponiya hökuməti istehsalçılara müraciət edərək ventilyator və ECMO aparatı istehsalçılarını istehsalı artırmağa çağırıb. Hazırda hökumət həmin şirkətlərə istehsalı artırmaq məqsədilə subsidiyaların ayrılması imkanlarını araşdırır.
Şirkətdən bildiriblər ki, yoluxma sayı sürətlə artacağı təqdirdə, həmin aparatların istehsalının artırılması istiqamətində daha intensiv tədbirlər görüləcək. Lakin sahə üzrə mütəxəssislərin tapılmasında çətinliklərin yarana biləcəyi də istisna edilmir.
banner

Oxşar Xəbərlər