• cümə axşamı, 25 aprel, 18:28
  • Baku Bakı 21°C

Yaponiya Rusiyaya etiraz notası göndərdi

06.08.18 13:57 350
Yaponiya Rusiyaya etiraz notası göndərdi
Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.
O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.
Baş katib əlavə edib: "Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir".
banner

Oxşar Xəbərlər