Yaponiya parlamentinin yuxarı palatasına seçkilər iyulun 21-də keçiriləcək

Yaponiya parlamentinin yuxarı palatasına seçkilər iyulun 21-də keçiriləcək

Təfsilat
26 İyun 2019, 14:23 226
Yaponiya parlamentinin yuxarı - müşavirlər palatasına seçkilər iyulun 21-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin iyunun 26-da keçirilən iclasında qəbul edilib və onun rəsmi saytında yerləşdirilib. Bildirilir ki, namizədlərin qeydiyyatına iyulun 4-də başlanacaq. Bu, müxalifət qüvvələrinə son hazırlıqlar üçün ən az vaxt verir.
Bu ərəfədə Yaponiyada Baş Nazir Şinzo Abenin yuxarı palataya seçkilərlə yanaşı, hökumət başçısının seçilməsində və dövlət büdcəsini qəbul edilməsində prioritet rol oynayan aşağı palataya da növbədənkənar seçkilər keçirəcəyi barədə şaiyələr gəzirdi. Lakin kütləvi-informasiya vasitələrinin bildirdiyinə görə, Baş Nazir son anda bu plandan imtina edib.
Hazırda hakim Liberal Demokratik Partiyası və onun müttəfiqləri Yaponiya parlamentinin hər iki palatasında mütləq üstünlüyə malikdirlər.