AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaponiya İmperatriçəsi Masako doğum gününü qeyd edir

Yaponiya İmperatriçəsi Masako doğum gününü qeyd edir

Təfsilat
09 Dekabr 2019, 12:30 177
Dekabrın 9-da doğum gününü qeyd edən Yaponiya İmperatriçəsi Masako bu ilin əvvəllərində İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar göstərilən dəstəyə və göndərilən səmimi təbriklərə görə minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İmperator dəftərxanasının dekabrın 9-da yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, İmperator Naruhito mayın 1-də taxta çıxıb və İmperator cütlüyü bununla əlaqədar təşkil edilən çoxsaylı mərasimlərə və tədbirlərə yalnız bu günlərdə yekun vurub.
Bəyanatda həmin tədbirlərin heç bir problem yaşanmadan yekunlaşmasından rahatlıq duyduğunu qeyd edən İmperatriçə buna görə daim dəstəyini hiss etdiyi İmperator Naruhitoya minnətdarlığını bildirib.
İmperatriçə Masako, eyni zamanda, taxta çıxma mərasimlərinə qatılaraq səmimi təbriklərini çatdıran çoxsaylı qonaqlara da minnətdarlıq ifadə edib.
Bildirib ki, mayda İmperator sarayında keçirilən ilk mərasimdə və noyabrda Tokioda keçirilən paradda insanların İmperator cütlüyünü böyük mehribanlıq və səmimiyyətlə qarşılaması onda böyük təəssürat yaradıb.
İmperatriçə qeyd edib ki, o, ölkənin müxtəlif yerlərində qarşılaşdığı insanların üzlərindəki təbəssümü heç zaman unutmayacaq və bunu xoş xatirə kimi daim xatırlayacaq. Bu səmimiyyət və mehribanlıq barədə xatirələr onu gələcəkdə də güclü şəkildə dəstəkləyəcək.
İmperator Naruhito ilə birlikdə insanların xoşbəxtliyi üçün həmişə dualar edəcəyini vurğulayan İmperatriçə Masako onlara daim yardım göstərməyə çalışacaqlarını da bildirib.