Yaponiya Dağlıq Qarabağda vəziyyətlə bağlı bəyanatla çıxış edib
Yaponiya hökuməti Dağlıq Qarabağda münaqişə tərəflərini hərbi qarşıdurmanı dayandırmağa və danışıqlar masasına oturmağa çağırır.
"Yaponiya hökuməti regionda baş verən və dinc sakinlər arasında qurbanlara səbəb olan hərbi toqquşmalarla əlaqədar ciddi narahatdır. Biz hadisələrin inkişafını diqqətlə izləməyi davam etmək niyyətindəyik”.
Trend-in məlumatına görə, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato deyib.
O bildirib ki, rəsmi Tokio tərəfləri təmkinli davranmağa və dialoqa başlamağa çağırıb:"Yaponiya hökuməti regionda baş verən və dinc sakinlər arasında qurbanlara səbəb olan hərbi toqquşmalarla əlaqədar ciddi narahatdır. Biz hadisələrin inkişafını diqqətlə izləməyi davam etmək niyyətindəyik”.