• şənbə, 20 Aprel, 06:59
  • Baku Bakı 14°C

Yapon kalliqraf Ryucin Kobayaşi: Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm

16.10.17 10:30 2327
Yapon kalliqraf Ryucin Kobayaşi: Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm
Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm.
Bu sözləriAZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bu Gündoğar ölkənin tanınmış kalliqrafiya ustası, Bakıda keçiriləcək "Yapon Məhsulları Sərgisi”nin iştirakçısı Ryucin Kobayaşi deyib.
Öz sənəti ilə yalnız Yaponiyada deyil, dünyanın bir çox ölkələrində tanınan R.Kobayaşi İmperator ailəsinin "Hiqaşi Kuninomiya mədəniyyət mükafatı”na layiq görülüb.
Oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil olunacaq "Japan Expo” sərgisində R.Kobayaşi kalliqrafiya sənətini nümayiş etdirəcək. Onun sənəti özündə yapon ruhunu əks etdirməsi ilə fərqlənir. R.Kobayaşinin əsərləri canlı üslubu və yapon gözəlliyi ilə diqqəti cəlb edir. Bu əsərlər dünyanın bir çox insanlarını valeh edib.
R.Kobayaşi deyib ki, əgər bu əsərlər danışa bilsəydi, mütləq Azərbaycan və yapon xalqlarının birliyini tərənnüm edərdi.
Kalliqrafiya sənəti ilə yanaşı, sərgidə yapon milli yelpikləri də ziyarətçilərə təqdim ediləcək. 1603-1868-ci illəri əhatə edən Edo dövrünə məxsus yığılan yelpikləri Yaponiyanın tanınmış "IBASEN” şirkəti nümayiş etdirəcək. Bu şirkətin istehsal etdiyi yelpiklər yaponlar tərəfindən qədim və ənənəvi sənət nümunəsi kimi yüksək qiymətləndirilir.
"IBASEN” şirkətinin əsası 1590-cı ildə general Tokuqava İeyusu ilə birlikdə Edoya (Tokionun qədim adı) gələn İbaya Kanzaemon tərəfindən qoyulub. Şirkətin istehsal etdiyi yelpiklər tez bir zamanda qədim Edoda böyük populyarlıq qazanıb.
Tokioya gələn turistlərin böyük hissəsi şirkətin Nihombaşidə yerləşən muzeyini həvəslə ziyarət edirlər. "IBASEN” şirkətinin yüksək keyfiyyəti, rəngarəngliyi və ətri ilə seçilən yelpikləri həm yaponlar, həm də əcnəbi turistlər tərəfindən yüksək qiymətləndirilir.
banner

Oxşar Xəbərlər