AZE | RUS | ENG |

YAP və Avtomobil Federasiyası prezident seçkilərində layiqli namizədin qələbəsi münasibətilə avtomobil yürüşü təşkil edib

YAP və Avtomobil Federasiyası prezident seçkilərində layiqli namizədin qələbəsi münasibətilə avtomobil yürüşü təşkil edib
Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası (AAF) aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədi ilə avtomobil yürüşü təşkil edib.
Trend-in məlumatına görə, 100-ə yaxın "offroad” avtomobili ilə edilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
Qeyd edək ki, avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - "Koroğlu” metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.

Yürüşdə Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak edirlər.
İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə keçid ediblər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000