• cümə axşamı, 25 aprel, 03:52
  • Baku Bakı 19°C

YAP-ın qurultayı fevralın 8-nə təyin olunub

05.02.18 18:41 563
YAP-ın qurultayı fevralın 8-nə təyin olunub
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.

APA-nın məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub.

Qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir.

Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.

Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.

Bu gün prezidentİlham Əliyevnövbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
banner

Oxşar Xəbərlər