• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib

16.04.14 16:18 1283
YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib.
APA-nın məlumatına görə, iclası açıq elan edən komissiya sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün faktiki olaraq YAP partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunmasına, bu sahədə görüləcək işlərin ümumi konseptual yanaşmasının və digər əsasların müzakirə olunmasına başlayır.
O qeyd edib ki, faktiki olaraq ilk dəfədir komissiya çərçivəsində Azərbaycan parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın partiyalararası əlaqələr üzrə komissiyasının iclası keçirilir: "YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı-ayrı qrup insanlar, sosial və siyasi strukturlar arasındakı münasibətlərin nizama salınmasında bu özünü göstərir. Ona görə düşünürəm ki, bugünkü iclas da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalararası münasibətlərin vahid strategiyasını müəyyən edəcəyik".
Daha sonra iclasda çıxış edən parlamentdə təmsil olunan partiyaların rəhbərləri, nümayəndələri və YAP-dan olan deputatlar, partiya nümayəndələri öz fikirlərini bildiriblər.
Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev komissiyanın sədr müavini seçilib.
banner

Oxşar Xəbərlər