YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb
Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidentiİlham Əliyevin namizədliyini irəli sürüb.
APA-nın məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.