• şənbə, 27 Aprel, 02:50
  • Baku Bakı 14°C

YAP ilə ÇKP arasında əməkdaşlıq əlaqələri müzakirə olunub - Fotolar

11.09.19 14:53 684
YAP ilə ÇKP arasında əməkdaşlıq əlaqələri müzakirə olunub - Fotolar
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti sentyabrın 11-də ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin 6-cı departamentinin rəis müavini Van Minlə görüşüb.AZƏRTACxəbər verir ki, görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Nümayəndə heyətinin rəhbəri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib, Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb.

Qeyd edib ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır.

Komitə sədri, həmçinin YAP-ın ÇKP ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Öz növbəsində, xanım Van Min Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Çinə səfəri sentyabrın 17-dək davam edəcək.




banner

Oxşar Xəbərlər