• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

YAP prezident seçkilərinə münasibət bildirib

29.11.18 14:33 528
YAP prezident seçkilərinə münasibət bildirib
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib.
YAP icra katibinin müavini,Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzov"Report”un Qərb bürosunaaçıqlamasında deyib ki, Azərbaycan qonşu dövlət kimi Gürcüstandakı prezident seçkilərinin nəticələrinəhörmətlə yanaşır.
"Bu, gürcü xalqının seçimidir, hörmətlə yanaşmaq lazımdır. Gürcüstanda xalq kimi dövlət başçısı görübsə, ona səs verib, prezident seçib. Azərbaycan da qonşu dövlət kimi ədalətli, qanuni seçilmiş şəxsi qəbul edir”-deyə, S.Novruzov qeyd edib.
Qeyd edək ki,Gürcüstanın Mərkəzi Seçki Komissiyasıprezident seçkilərinin ikinci turunda verilən səslərin 99,7 faizinin hesablandığını açıqlayıb. Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizədSalome Zurabişviliseçicilərin 59,56 faizinin səsini toplayıb. Müxalifətdən olan namizədQriqol Vaşadzeisə seçicilərin 40,44 faizinin səsini qazanıb.
banner

Oxşar Xəbərlər