• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

YAP gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar

12.12.16 13:47 868
YAP gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. Onlardan biri də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzvlərinin Heydər Əliyev Mərkəzinə ziyarəti olub. Gənclər Birliyinin üzvlərinə Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və onlar ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılan stendlərə, fotosərgilərə tamaşa ediblər. Ulu öndərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP gəncləri bir daha əmin olublar ki, Heydər Əliyev bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni üçün yorulmadan, qətiyyətlə çalışıb. Beləliklə də müasir Azərbaycan dövlətinin banisi və müdrik siyasətçi kimi dünya miqyaslı nüfuza malik olan Heydər Əliyevin əbədiyaşar liderliyi YAP GB üzvləri tərəfindən qürur və fərəh hissi ilə yad edilib. Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daima gənc nəslin qəlbində yaşayacaq və yaşadılacaq.



banner

Oxşar Xəbərlər