YAP Gəncə şəhər təşkilatının 25-ci ildönümü təntənə ilə qeyd olunub - Fotolar - Video
Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının
yaradılmasının 25-ci ildönümü münasibəti ilə
konfrans keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi
Bayramov, YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş
Novruzov, millət vəkilləri Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının
sədri, millət vəkili Naqif Həmzəyev, Qərb bölgəsinin YAP rayon təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak
ediblər.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı
Heydər Əliyevin adını daşıyan Mərkəzdə ümummilli liderin abidəsi önünə gül dəstələri
düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP
Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, ən
xoş arzularını bildirib.
İcra başçısı qeyd edib ki, ölkənin bugünkü sürətli
inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə
olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin
ideyaları ilə yaşayır və inkişaf edir. İyirmi altı illik şərəfli tarixə malik
YAP Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi
istiqamətində ciddi səylər göstərir və böyük uğurlara
imza atır.
Xalqın haqlı olaraq Heydər Əliyev partiyası adlandırdığı Yeni Azərbaycan
Partiyası bundan sonra da Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin
inkişafına xidmət edəcək, xalqın yeganə
etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu özündə saxlayacaq.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının
icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf
yolundan, ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın
xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov.
bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti
kimi qəbul edib. Ümummilli lider
Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan
YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın
tarixində yeni dövr başlayıb.
Millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP
Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik
katibi Fuad Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev,
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yola nəzər
salıblar.
Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin
bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın
mühüm rolu və xidmətlərindən söz açan natiqlər Prezident cənab İlham Əliyevin rəhbərliyi
altında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla
reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə
möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.
YAP Gəncə şəhər təşkilatının
sədri Naqif Həmzəyev çıxış edərək, Prezident
cənab İlham Əliyevin sədri olduğu YAP-ın bu gün bizim qarşımızda xalqımıza,
dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət
müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr
qoyduğunu diqqətə çatdırıb. Naqif
Həmzəyev həmçinin bildirib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər
partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək,
öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun
olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Sevindirici
haldır ki, təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə
qadınlar təşkil edir. Bütün bunlar YAP Gəncə şəhər təşkilatının üzvlərinin Yeni
Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx
birləşdiyinin, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla
fəaliyyət göstərdiklərinin göstəriciləridir.
Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında
fəallıq göstərən veteran partiya üzvləri təltif edilib, YAP sıralarına yeni
qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Gəncə
şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər
təşkilatının 42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim
edərək, milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın
sıralarında uğurla addımlamağı arzulayıblar.