• çərşənbə axşamı, 16 aprel, 21:40
  • Baku Bakı 18°C

YAP Gəncə şəhər təşkilatında ulu öndərin anım günü ilə bağlı tədbir keçirilib

12.12.19 17:43 629
YAP Gəncə şəhər təşkilatında ulu öndərin anım günü ilə bağlı tədbir keçirilib
Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyində günəş kimi parlayıb, qüdrətli dövlət xadimi kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub.
Bu sözlər dekabrın 12-də YAP Gəncə şəhər təşkilatında dahi lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım günü ilə bağlı tədbirdə səsələndirilib.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəzediməz yeri olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi Hüseyn Budaqov dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən ətraflı bəhs edib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırladan Hüseyn Budaqov fenomenal siyasi bacarığı ilə fərqlənən liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
AMEA Gəncə Bölməsinin gənc tədqiqatçı-alimi, YAP Gəncə şəhər təşkilatının sədr müavini, elm üzrə Prezident mükafatçıs Elnur Həsənov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Gənc partiya fəallarından Hüseyn Bədəlov, Günel Novruzova çıxış edərək, "Mən fəxr edirəm ki, azərbaycanlıyam!” söylələn Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını xüsusilə vurğulayıblar.
banner

Oxşar Xəbərlər