YAP Gəncə şəhər təşkilatında seminar-müşavirə keçirilib
YAP
Gəncə şəhər təşkilatının sədri Milli Məclisin deputatı Naqif Həmzəyev təşkilatının
qərargahında bir qrup ərazi ilk partiya təşkilatının sədri və partiya fəalları
ilə görüşüb.
Təşkilatın
qərargahında keçirilən görüşü millət vəkili Naqif Həmzəyev açaraq cari ilin
dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə toxunaraq, bu
siyasi kampaniyada ilk partiya təşkilatlarının yüksək səviyyədə səfərbər olmasının
vacibliyini diqqətə çatdırıb: "Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, builki bələdiyyə
seçkilərinin də şəffaf, azad, demokratik şəraitdə keçirilməsi üçün öz iradəsini
ortaya qoyub. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərin düzgün seçimi
çox vacibdir. Zamanın tələbinə uyğun qabiliyyətli, təşkilatçı, təcrübəli,
yaxşıların yaxşısı yerli özünüidarəetmə orqanlarına seçilməlidir. Ölkəmizdə bələdiyyə
institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti
üçün hər cür imkan və şərait var. Bunu dekabr ayında keçiriləcək bələdiyyə
seçkiləri bir daha sübut edəcək və ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə
çevriləcək.
Bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin
və qadınların sayının az olmasını vurğulayan millət vəkili bildirib ki, Yeni Azərbaycan
Partiyanın seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və
qadınların namizədliklərinin irəli sürülməsi istiqamətində təklifləri təqdirəlayiqdir.
Görüşdə
Azərbaycanın bu günkü uğurlarına, tərqqisinə qarşı qarayaxma kampaniyası aparan
dairələrin, radikal müxalifətin cəmiyyət tərəfindən sərt reaksiya ilə
qarşılndığı da qeyd edilib.
Ölkə
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini,
təbliğatını həyata keçirən siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və
onun ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirən
partiya fəalları bundan sonra da daha fəal olacaqlarını, ölkəmizin
ictimai-siyasi proseslərində ayıq-sayıq dayanacaqlarını qeyd ediblər.