YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib - Fotolar
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında ərazi
ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə
bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.Görüşü YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin
deputatı Naqif Həmzəyev açaraq, görüşün çox əlamətdar bir günə –oktyabrın 18-i
Azərbaycanın Müstəqillik Gününə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, XX
yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli
tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX
yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi
tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev
çıxışında tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu
qazanmaqdan qat-qat çətindir: Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı
1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini
ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər
Azərbaycan siyasi müdriklik gətirdi.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov
bildirib ki, məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik
bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən
qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi,
siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb.
Daha sonra Naqif Həmzəyev çıxışında qarşıdan gələn bələdiyyə
seçkilərinə toxunub, seçkilərin tarixindən və yüksək əhəmiyyətindən danışıb.
Seçkilərlə əlaqədar ilk partiya təşkilatlarında uçot-dəqiqləşdirmə işlərinin
mütəmadi və operativ olaraq aparılmasının vacibliyini qeyd edən millət vəkili
partiya üzvləri ilə daim ünsiyyətin saxlanılmasının və onlarla birgə layihələrin,
tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Millət vəkili Naqif Həmzəyev Ulu Öndər Heydər Əliyevin
"Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir"sözləri
ilə tədbirə yekun vurub.