• cümə axşamı, 28 mart, 15:15
  • Baku Bakı 16°C

YAP Gəncə şəhər Təşkilatı UTECA-da iclas keçirib - Fotolar

04.10.18 19:13 1217
YAP Gəncə şəhər Təşkilatı UTECA-da iclas keçirib - Fotolar
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşləri uğurla davam edir.

YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatında keçirilən görüşdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Sevda Qurbanəliyeva, Universitetin rektoru Akif Süleymanov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və partiya fəalları iştirak ediblər.

Əvvəlcə AzərbaycanınDövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanVətənövladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan professor Akif Süleymanov Universitet partiya fəallarının daim öndə olduqlarını, Gəncənin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini vurğulayaraq, Texnologiya Universitetinə qəbul olan tələbələrin könüllülük prinsipi əsasında partiya sıralarına qəbul olduqlarını diqqətə çatdırıb.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, memarı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ümummilli liderin misilsiz xidmətlərindən, dövlətimizin tarixi inkişafından, müstəqil Azərbaycanın qazandığı uğurlardan söhbət açıb.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası sıralarının intellektual səviyyəli gənclərin hesabına gündən-günə artdığını, ideya- siyasi, təşkilati işlərin yüksək səviyyədə qurulduğunu, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı, silsilə tədbirlərin həyata keçirildiyini önə çəkiblər.

Tədbirdə ərazi ilk partiya təşkilatları Gənclər Birliyi, Qadınlar Şurası, İdarə Heyətlərinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.

Sonda partiya sıralarına yeni daxil olan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir çərçivəsində millət vəkilləri və digər qonaqlar UTECA-da tələbələr üçün yaradılan şəraitlə, Logistika Mərkəzi, Dequstasiya zalı və müasir laboratoriyalarla, UTECA Texnoparkının məhsulları ilə tanış olublar, xarici ölkə vətəndaşı olan tələbələrin dərs prossesində iştirak ediblər.
















banner

Oxşar Xəbərlər