YAP-dan Tiflisə sərt mesaj: “Müsavatın qurultayı Azərbaycanın daxili işidir”

YAP-dan Tiflisə sərt mesaj: “Müsavatın qurultayı Azərbaycanın daxili işidir”

Siyasət
05 Noyabr 2012, 13:23 1243
Gürcüstanda yenicə hakimiyyətə gələn İvanişvili rejiminin Müsavat Partiyasına qurultay keçirmək üçün göstərdiyi isti münasibət hakim Yeni Azərbaycan Partiyasının qəzəbinə səbəb olub. Belə ki, İsa Qəmbərin Gürcüstana sonuncu səfərindən sonra rəsmi Tiflisin qurultayla bağlı mövqeyi iqtidar nümayəndələri arasında birmənalı qarşılanmadı.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov Modern.az saytın açıqlamasında Gürcüstanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. Deputat bildirib ki, Gürcüstan rəhbərliyinin qurultay keçirmək üçün Müsavat Partiyasına razılıq bildirməsi düzgün deyil:

“Gürcüstanla bizim çox isti əlaqələrimiz var. Bu, Azərbaycanın daxili işidir. Azərbaycandan olan hər hansı bir müxalifət partiyasının Gürcüstanda gedib qurultay keçirməsi onlara nə üçün maraqlıdır ki? Hesab edirəm ki, belə məsələlərə Gürcüstan rəhbərliyinin razılıq verməyi düz deyil. Ölkələrimiz arasında olan yaxşı münasibətlərə kölgə salmaq istəməzdik”, -deyə YAP-çı deputat münasibət bildirib.