YAP-çı deputat müxalifət yazarını təriflədi

YAP-çı deputat müxalifət yazarını təriflədi

Təfsilat
11 Dekabr 2012, 12:32 1138
“Mən mətbuatda deputatlar və Milli Məclis barəsində bəzi yazılara öz etirazımı bildirirəm. Hesab edirəm ki, tənqidlə təhqir qarışdırılmamalıdır”.

Milli Məclisdəki çıxışı zamanı deputat Novruzəli Aslanov bəzi qəzetlərdə gedən yazılarda parlament üzvlərinin təhqir olunmasından narahatlığını bildirib. Deputatın sözlərinə görə, bəzi yazarlar parlament barəsində təhqir dolu yazılar yazır.

N.Aslanov Milli Məclisdə akreditə olan müxalifət jurnalistlərinin isə yazılarının obyektiv olduğunu diqqətə çatdırıb və nümunə kimi «Yeni Müsavat» qəzetinin əməkdaşını göstərib: “Məsələn Elşad Paşasoyun nümunəsində bunu biz görürük. O hər zaman yazılarında təhqirdən uzaq olub”.