• şənbə, 20 Aprel, 15:38
  • Baku Bakı 23°C

YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib

02.04.15 13:22 1482
YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib
2 aprel 2015-ci il tarixdə YAP Biləsuvar rayon Təşkilatında Gənclər Birliyinin IV Konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və rayonun ayrı-ayrı idarəetmə strukturlarında, özəl və digər sahələrdə çalışan 100 nəfər gənc iştirak etdi.
İclasda Gənclər Birliyinin sədri Kamil Qurbanlı çıxış edərək son illər rayon gəncləri tərəfindən görülən işlər barədə ətraflı məlumat verdi və bildirdi ki, YAP Biləsuvar Rayon Təşkilatının Gənclər Birliyində 1443 nəfər gənc partiya üzvü fəaliyyət göstərir: “Diqqətəlayiq haldır ki, onlardan 651 nəfəri qadınlardır. YAP-çı gənclərimizdən 714 nəfəri təhsil, səhiyyə, mədəniyyət və idarəetmə sahəsində çalışır. Bu fakt və 916 nəfər gəncimizin ali təhsilli olması Gənclər Birliyinin təbliğat-təşviqat potensialının zənginliyinin göstəricisidir. Sevindirici haldır ki, Gənclər Birliyinimizin 68 nəfəri bələdiyyə üzvü kimi fəaliyyət göstərir. Gənclərin partiyamıza qoşulma meyli rayonumuzda kifayət qədər yüksəkdir. Təkcə 2014-cü il ərzində sıralarımıza 214 nəfər gəncin qəbul edilməsi müsbət dinamika üzrə artımın real göstəricisi kimi dəyərləndirilməlidir.
Diqqətəlayiq hal kimi belə bir məqamı vurğulamaq istərdim ki, partiya sədri Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində gənclərimizin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün əlverişli şərait yaradılmış, bu amil gənclərimizin partiya sıralarına daxil olmasına müsbət təsir göstərmişdir”.
K.Qurbanlı çıxışının sonunda Prezident və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi əmin etdi ki, biləsuvarlı gənclər bundan sonra da partiyanın qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirəcək, onun gənclərə bəslədiyi ümidləri ləyaqətlə doğrultmaq üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Sonra Vüqar Rəhimzadə, Məcid Əhmədov və digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verdilər.
Konfransda iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Quliyev partiyanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında oynadığı rolu xüsusi qeyd edərək bildirdi ki, Azərbaycanımızın müstəqil bir dövlət olaraq var olmasını məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev həyata keçirdi. Bu gün də möhtərəm prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyəsət nəticəsində Azərbaycan dünya ölkələri arasında söz sahibi olaraq qəbul olunur.
Konfransın gündəliyinə uyğun olaraq tədbirdə YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibi və YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçildi. Sonda Konfrans nümayəndələri adından Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevə müraciət qəbul edildi.

banner

Oxşar Xəbərlər