AZE | RUS | ENG |

YAP bələdiyyə seçkilərinə də böyük əzmlə hazırlaşır

YAP bələdiyyə seçkilərinə də böyük əzmlə hazırlaşır
Yeni Azərbaycan Partiyası (YAP) dünənin, bu günün və sabahın partiyasıdır. Partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən iqtisadi, sosial layihələr nəticəsində xalq iqtidara inanır və etibar edir. Təkcə 2019-cu ildə əhalinin maddi və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən xeyli sayda yeni sərəncam və fərmanlar imzalanıb. Ümidvaram ki, bu xalq-iqtidar vəhdəti bu ilin dekabr ayında keçiriləcək bələdiyyə və 2020-ci ildə Milli Məclisə seçkilərdə özünü bariz nümayiş etdirəcək.
 
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbbaycan Partiyasından olan deputatı Xanlar Fətiyev deyib.
 
Deputatın sözlərinə görə, Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində YAP təxminən 18 000-ə yaxın namizəd irəli sürəcək. Təbii ki onların seçilməsi və müəyyənləşdirilməsi üçün artıq dairələr üzrə bütün şəhər və rayonlarda işlər aparılır: "Bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi demokratik cəmiyyətin bir hissəsi olduğunu nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Patriyası hakim partiya olaraq buna çox böyük önəm verir və hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964