• cümə, 19 Aprel, 04:00
  • Baku Bakı 18°C

YAP bələdiyyə seçkilərində yenə də uğur qazanacağını bəyan etdi

09.07.14 13:25 1000
YAP bələdiyyə seçkilərində yenə də uğur qazanacağını bəyan etdi
"Güman edirəm ki, Yeni Azərbaycan Partiyası dekabr ayında növbəti bələdiyyə seçkilərində yenə də uğur qazanacaq, özünün uğurlar salnaməsinə yeni uğurlar yaza biləcək".
Trend xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Ə.Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa artıq start verib: "Bu məqsədlə partiya daxilində işlər aparılır. YAP-ın istər mərkəzi strukturları, istərsə də yerli strukturları qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlara başlayıblar".
Onun sözlərinə görə, bu hazırlığın bir çox istiqamətlərindən biri də namizədlərin müəyyənləşdirilməsidir: "YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək".
banner

Oxşar Xəbərlər