• cümə, 29 Mart, 14:40
  • Baku Bakı 14°C

YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib

11.04.18 21:21 668
YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, YAP sədrinin müavini, icra katibiƏli Əhmədovbildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsindəİlham Əliyev80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərəkİlham Əliyevi prezident seçib".
banner

Oxşar Xəbərlər