• çərşənbə axşamı, 23 aprel, 22:00
  • Baku Bakı 20°C

YAP ATƏT-in ilkin rəyinə münasibət bildirdi

10.10.13 15:25 1308
YAP ATƏT-in ilkin rəyinə münasibət bildirdi
“Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi.
Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi”.
APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov ATƏT-in DTİHB-in ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.
banner

Oxşar Xəbərlər