AZE | RUS | ENG |

YAP “15 iyun-Milli Qurtuluş Günü 25 il” adlı tədbir keçirib

YAP “15 iyun-Milli Qurtuluş Günü 25 il” adlı tədbir keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında "15 iyun-Milli Qurtuluş Günü 25 il” adlı tədbir keçirilib.
 
APA-nın məlumatına görə, YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyulub.
 
Həmin vaxt baş verən hadisələr barədə danışan Ə. Əhmədov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə anarxiyaya, hərc-mərcliyə son qoyulub: "Azərbaycanın ona qədərki rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı ucbatından hərc-mərclik dərinləşmiş, müstəqilliyə böyük təhlükə yaranmışdı. Qonşu dövlətlərlə ciddi problemlər yaşanırdı və bundan istifadə edən Ermənistan Azərbaycan torpaqlarına təcavüz etdi. Bunu görən Azərbaycan xalqı narahatlığını ifadə edib, bu bəladan xilas olmaq üçün Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.
 
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarı ilə hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır”.
 
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar Quliyev də o dövrdə baş verənlərdən söz açıb: "Əslində, biz bir neçə yoldaşla birlikdə Heydər Əliyevin qayıdışını o vaxt özünü demokrat adlandıran Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən əvvəl etmək istəyirdik. Təəssüf ki, dırnaqarası demokratların insanlar üzərində qorxu yaratması buna mane oldu. Çünki o vaxt insanlar onlardan qorxurdular. Lakin xalqın iradəsi nəticəsində sonda Heydər Əliyev Bakıyda gəldi və Azərbaycanı bəladan qurtardı”.
 
YAP-ın digər üzvləri, deputatlar, gənclər də çıxış edərək, Milli Qurtuluş gününün əhəmiyyətindən, Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000