• şənbə, 20 Aprel, 16:07
  • Baku Bakı 23°C

Yanvarın 20-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

19.01.19 10:53 462
Yanvarın 20-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədəAZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 21-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda ölkə ərazisində 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin paytaxtda əhaliyə kommunal sahədə xidmətlər göstərən iki "ASAN Kommunal” mərkəzi də fəaliyyətdədir.
banner

Oxşar Xəbərlər