• çərşənbə axşamı, 16 aprel, 08:40
  • Baku Bakı 14°C

Yanvarın 15-i İranda ümummilli matəm günü elan olunub

14.01.18 23:21 618
Yanvarın 15-i İranda ümummilli matəm günü elan olunub
İran hökumətinin qərarı ilə yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib.
İranın "Sançi” neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq, yanvarın 15-i ölkədə ümummilli matəm elan edib.
İran hökuməti yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilib.
Xatırladaq ki yanvarın 6-da Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.
İranın Limanlar və Dənizçilik Təşkilatı yanvarın 14-də "Sançi" neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib.
banner

Oxşar Xəbərlər